Bu tələbələr ən yüksək nəticəni göstərdi
Bizi izləyin

Qırmızı.az

Bu tələbələr ən yüksək nəticəni göstərdi

Magistratura imtahanının hər iki mərhələsində iki tələbə maksimum nəticəni toplayıb.

Publika.az-ın məlumatına görə, hər iki tələbə ali məktəblərə qəbul imtahanlarında da 600 baldan yüksək nəticə göstərib.

Bu il magistraturaya qəbul imtahanının hər iki mərhələsində ümumilikdə 144 bal toplamış bakalavr - Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu Nəcəfquluzadə İsmayıldır.

Xatırladaq ki, Nəcəfquluzadə İsmayıl 2011-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 672 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər ixtisasına qəbul olub.

Ümumilikdə 144 bal toplamış bakalavr - Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu Babayev Vasif Abbas oğludur.

Xatırladaq ki, Babayev Vasif 2011-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 644 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər ixtisasına qəbul olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm