• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Paytaxt sakinləri arasında ən çox hansı xəstəliklər yayılıb?

Paytaxt sakinləri arasında ən çox hansı xəstəliklər yayılıb?

Bakı şəhəri üzrə fevralın 17-dən bu günədək 194849 nəfər icbari müayinədən keçib.

Bu sözləri Publika.Az-a açıqlamasında Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev deyib.

Onun sözlərinə görə, müayinədən keçən 16572 nəfərdə müxtəlif xəstəliklər aşkarlanıb:

“Onların 4382 nəfəri dispanser nəzarətə alınıb. 393 nəfər qısa müddət ərzində səhhəti bərpa edilib, 663 nəfəri xəstəxanalarda müalicə olunub, 56961 daha dərin müayinələrə cəlb ediliblər”.

R.Nağıyev müayinədən keçənlərdə ən çox rast gəlinən xəstəliklər barədə də məlumat verdi:

“Qan dövranı, tənəffüs yolları xəstəlikləri, mədə-bağırsaq sistemi, göz xəstəlikləri daha çox aşkarlanıb. 921 nəfərdə isə sidik sistemi infeksiyaları aşkarlanıb. Xatırladaq ki, bu xəstəliklər 18 yaşdan yuxarı insanlarda müəyyən edilib”.

Qeyd edək ki, bu il fevralın 17-dən ölkə üzrə əhalinin icbari dispanserizasiyasına start verilib. Müayinələr mayın 1-dək davam edəcək.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR