Qırmızı.az
FHN və AZAL birgə təlim keçirdi
Aprelin 28-də Fövqəladə Hallar Nazirliyi ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Heydər Əliyev Beynəlxalq Aeroportunda birgə xüsusi təlim keçirib.
Bu barədə AZƏRTAC-a “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.
Məhərrəm Səfərli bildirib ki, təlim Fövqəladə Hallar Nazirliyi ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 2015-ci il üçün tərtib olunmuş birgə tədbirlər planına əsasən I Avropa Oyunları ərəfəsində keçirilib.
Təlimin mövzusu qəza enişi zamanı yanan hava gəmisinin söndürülməsi və qəza xilasetmə işlərinin həyata keçirilməsi olub. Birgə təlimdə 10 ədəd müasir yanğın söndürən maşın, 120 nəfər canlı qüvvə, 30-a yaxın xüsusi texniki vasitə, xüsusi qəza xilasetmə işləri komandası və “Təcili Yardım” maşını iştirak edib.
Xidmət rəisi onu da əlavə edib ki, təlimin keçirilməsi zamanı qarşıya qoyulmuş məqsədə, yəni hava gəmisinin qəza enişi zamanı ortaya çıxan məsələlərin aradan qaldırılması vərdişlərinin daha da artırılmasına nail olunub.
Məhərrəm Səfərli belə birgə təlimlərin gələcəkdə də mütəmadi olaraq keçirilməsi planlaşdırıldığını da deyib.
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO