• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanda yeni TV yayım standartı işə salınır

Azərbaycanda yeni TV yayım standartı işə salınır

Azərbaycanda "HTTP Live Streaming" (HLS) yeni yayım standartı tətbiq edilir.

Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

HLS protokolu "Apple" şirkətinin yaratdığı "media streaming" əsaslı adaptiv axın protokoludur. Bu, "Apple"in köhnə protokolunu əvəz edir. Yeni servis yaxın günlərdə Azərbaycanda kommersiya istismarına veriləcək.

HLS-də TV proqramlarına distant idarəetmə pultu ilə birlikdə tövsiyyə edilən IP-dekoderlər (Set-Top-Box) vasitəsilə baxmaq mümkün olacaq. Bu, HLS-i bazarda əsasən mobil qurğular (planşetlər və smartfonlar) üçün nəzərdə tutulan OTT (Over-The-Top) texnologiyasından fərqləndirir.

HLS protokolunun üstünlüyü ondan ibarətdir ki, TV paketə internetin (internet xidmətinin tədarükçüsündən asılı olmayaraq) olduğu istənilən yerdən girmək mümkündür.

HLS-in daha bir vacib kriteriyası adaptiv yayımın olmasıdır. Yəni kanalın yüklənməsindən asılı olmayaraq video axının sürəti saniyədə 300 kilobitdən 1,2 meqabitədək dəyişəcək ki, bu da yayım formatından asılı olmayaraq, TV kontentin verilişinin keyfiyyətini təmin edəcək.

İstifadəçilər bir neçə TV paketdən yararlanacaqlar. Paketlərdə kanalların sayı 60 (baza paketi) və daha çox arasında dəyişəcək. Abonent haqqı 9 manatı ötməyəcək. Ödənişi onlayn və ictimai yerlərdə quraşdırılan ödəniş terminalları vasitəsilə həyata keçirmək mümkün olacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR