“Azərbaycanlı alimlərin elmi nailiyyəti yetərli deyil” – AMEA-nın katibi
Bizi izləyin

Qırmızı.az

“Azərbaycanlı alimlərin elmi nailiyyəti yetərli deyil” – AMEA-nın katibi

“Beynəlxalq elmi bazalarda azərbaycanlı alimlərin elmi nailiyyəti yetərli deyil. Lakin bu istiqamətdə akademiyada işlər aparılır”.

Publika.az xəbər verir ki, bu sözləri AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev deyib: ““Scopus” Elmi Araşdırmalar Mərkəzi tərəfindən aparılan monitorinqə Şərqi Avropa ölkələri üzrə 378 elmi müəssisə və təşkilat cəlb edilib. Bu təşkilatın nəticələrinə görə, AMEA 2012-ci ildə 119, 2013-cü ildə 109, 2014-cü ildə 95-ci pillədə olub. Bu reytinqdə Ermənistan 143, Gürcüstan 168-ci yeri tutur”.

R.Əliquliyev Akademiyada bütün elm sahələri, həmçinin kompüter elmləri sahəsində Azərbaycanın elmi nailiyyətlərinin bir neçə dəfə yüksəldiyini bildirib. “Beynəlxalq bazada Azərbaycan elmi nailiyyətlərinə yer ayrılması Akademiyanın cari məsələrlərindəndir. Beynəlxalq jurnalların monitorinqini aparırıq. Lakin bu sahədə hələ də lazımi yerdə olmamağımızın obyektiv və subyektiv səbəbləri var və bu, hamımıza bəllidir”.

O, Akademiyanın bir sıra elmi agentliklərlə indiyədək müqavilələr bağlamamasına da münasibət bildirib. Onun sözlərinə görə, bu məsələ Rəyasət Heyətinin gündəmindədir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm