Qırmızı.az
DİN-dən polis olmaq istəyənlərə xəbər
Daxili İşlər Nazirliyi 2014/2015-ci tədris ili üçün Polis
Akademiyasına əyani təhsil üzrə müdavimlərin qəbulu elan edib.
Azərbaycan Respublikası DİN-in Polis Akademiyasına qəbula
namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm (qızlar
üçün 160 sm), çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə
və bölmələrində qeydiyyatda olan (qızlar istisna olmaqla),
buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli 16 yaşdan 18
yaşadək Azərbaycan Respublikasının vətəndaşları sırasından
seçilir.
Abituriyentlər DİN-in xüsusi-həkim komissiyasında müayinədən,
habelə fiziki hazırlıq və seçmə komissiyalarında nazirlik
tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər
(fiziki hazırlıq üzrə minimal normativlər oğlanlar üçün: turnikdə
dartınma – 6 dəfə; qaçış 100 metr məsafəyə – 15 saniyə və 1000 metr
məsafəyə – 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılması
– 18 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması
– 18 dəfə; qızlar üçün: arxası üstə uzanmış halda bədənin döşəmədən
qaldırılması – 18 dəfə, qaçış 100 metr məsafəyə – 19 saniyə və 1000
metr məsafəyə – 5 dəqiqə 30 saniyə).
Seçmə komissiyalarının vaxtı barədə məlumatlar Daxili İşlər
Nazirliyinin www.mia.gov.az internet saytında
yerləşdiriləcəkdir.
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən
abituriyentlərin siyahısı qəbul imtahanlarına buraxılmaları üçün
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına
göndərilir.
İmtahanlar test üsulu ilə III ixtisas qrupunun fənləri üzrə
Azərbaycan və rus dillərində keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati
tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə
Komissiyanın internet saytında və ya kütləvi informasiya
vasitələrində verilən elanları izləməlidirlər.
DİN-in Polis Akademiyasına qəbul olunmuş abituriyentlər dövlət
hesabına yataqxana, geyim forması, təqaüd və yeməklə təmin edilir,
təhsil aldıqları müddətdə yataqxanada qalırlar. Akademiyada tədris
Azərbaycan dilində aparılır, təhsil müddəti 5 ildir. Akademiya
barədə ətraflı məlumat www.pa.edu.az internet saytında
yerləşdirilmişdir.
Məzunlara “Hüquqşünaslıq” ixtisası və “Polis leytenantı” xüsusi
rütbəsi verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə
təyin edilirlər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan
şəxslər, 2014-cü ilin aprel və iyul tarixli çağırışlarında hərbi
xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni
qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya
məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə
görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin
icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də
“Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə
haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun
gəlməyən abituriyentlər DİN-in Polis Akademiyasına qəbul
edilmirlər.
DİN-in Polis Akademiyasına qəbul üçün namizədlər daimi qeydiyyatda
olduqları ərazi üzrə polis idarəsi, şöbələrinə aşağıdakı sənədləri
şəxsən təqdim etməlidirlər:
– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və
notariat qaydada təsdiq olunmuş surəti);
– təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə
təqdim olunması üçün arayış və ya
tam orta təhsil haqqında sənəd (attestat);
– yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün
sağlamlıq haqqında arayış;
– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notariat
qaydada təsdiq olunmuş surəti);
– oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün
verilmiş xasiyyətnamə;
– 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız,
rəngli, donuq kağızda).
Ərizə və sənədlərin qəbulu 2014-cü il martın 1-dən aprelin 10-dək
hər gün (bazar və bayram günləri istisna olmaqla) saat 1000-dan
1700-dək aparılacaqdır.
Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 454-12-78, (012)
590-97-76
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü