Azərbaycan Nepala humanitar yardım göndərdi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Nepala humanitar yardım göndərdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb.

FHN-dən Publika.az-a verilən məlumata görə, Nazirliyə məxsus “BE-200ÇS” tipli təyyarə ilə yola salınan humanitar yardıma 1 tona yaxın müxtəlif dərman və tibbi ləvazimatlar, xeyli sayda çadır, ədyal və qablaşdırılmış içməli su daxildir. Ölkə Prezidentinin göstərişinə uyğun olaraq, həmin təyyarə ilə təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyyə edilərək Vətənə çatdırılması həyata keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm