Bu alimlər mükafat aldı
Bizi izləyin

Qırmızı.az

Bu alimlər mükafat aldı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında AMEA-nın 7 aliminə Azərbaycanın görkəmli alimlərinin adlarını daşıyan mükafatlar təqdim edilib.

Publika.az-ın məlumatına görə, AMEA-nın Rəyasət Heyətinin 18 fevral 2015-ci il tarixli qərarına əsasən bu il üçün AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, Akademik Üzeyir Hacıbəyli, Akademik Mirəsədulla Mirqasımov, Akademik Yusif Məmmədəliyev, Akademik Musa Əliyev və Abbasqulu ağa Bakıxanov adına mükafatları üzrə müsabiqə keçirilib.

Müsabiqədə iştirak edən alimlər haqqında təqdimatlar, müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim edilib. Qaliblərə mükafatları AMEA-nın prezidenti Akif Əlizadə təqdim edib.

Beləliklə, Akademik Cəmil Əziz oğlu Əliyevə akademik Mirəsədulla Mirqasımov adına mükafatı; Telman Abbas oğlu Əliyevə Nəsirəddin Tusi adına mükafatı; Musa İsmayıl oğlu Rüstəmova akademik Yusif Məmmədəliyev adına mükafatı; Teymur Əmiraslan oğlu Bünyadova Abbasqulu ağa Bakıxanov adına mükafatı; AMEA-nın müxbir üzvü Zemfira Yusif qızı Səfərova Üzeyir Hacıbəyli adına mükafatı; Tariyel Hüseynəli oğlu Talıbova Həsən bəy Zərdabi adına mükafatı; geologiya-mineralogiya üzrə elmlər doktoru Məmməd İsa oğlu Çıraqova akademik Musa Əliyev adına mükafatı təqdim edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm