• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Qənirə Paşayeva: “Azərbaycan və Türkiyə əlaqələrinin dünyada analoqu yoxdur”

Qənirə Paşayeva: “Azərbaycan və Türkiyə əlaqələrinin dünyada analoqu yoxdur”

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Malatya bələdiyyə sədri Əhməd Çakırla görüşüb.

Publika.Az-ın verdiyi xəbərə görə, görüşdə millət vəkili Qənirə Paşayeva bir millət iki dövlət olan Azərbaycan və Türkiyə əlaqələri hazırda dünyanın analoqu olmayan əlaqəsi adlandırıb. Onun sözlərinə görə, iki ölkənin birlik və bərabərliyi onun güclənməsinə səbəb olacaq.

Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirən millət vəkili Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən Q.Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Elə bu səbəbdən Malatya bələdiyyəsinin Azərbaycanın müəyyən şəhər və bələdiyyəsi ilə qardaşlaşdırılmasının uğurlu addım olacağını dilə gətirib.

Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verən Q. Paşayeva görüşdə həmçinin Xocalı, Qaradağlıda Ermənistan ordusunun dinc əhaliyə qarşı törətdikləri soyqırım barədə məlumat verib. Azərbaycanı çox sevdiyini deyən Əhməd Çakır Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olmasından böyük məmnuniyyət duyduğunu deyib. O, Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu və qardaşlıq bağlarının çox güclü olduğunu vurğulayaraq, iki qardaş ölkənin şəhərləri, bölgələri arasında əlaqələrin daha da genişləndirilməsinin önəmli olduğunu və bu istiqamətdə bələdiyyə sədri kimi əlindən gələni edəcəyini bildirib.

Görüşün sonunda Qənirə Paşayeva Əhməd Çakıra Azərbaycan tarixi və incəsənətini əks etdirən hədiyyələr, həmmüəllifi olduğu ”Xocalı soyqırımı şahidlərin dili ilə” kitabını hədiyyə edərək onu Azərbaycana dəvət edib. Əhməd Çakır Azərbaycanı sevdiyini deyərək dəvəti məmuniyyətlə qəbul edib və Azərbaycana gəlməkdən məmnun olacağını deyib.

Qeyd edək ki, görüşdə millət vəkili ilə yanaşı onun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin tərkibində, Ədəbiyyat qəzetinin baş redaktoru Sərvaz Hüseynov, Simsar informasiya agentliyinin rəhbəri İradə Nurəddinqızı həmin agentliyin müxbiri Ülviyyə Cövdətqızı, Lider Televiziyasının əməkdaşı Nuranə Axundova, İşgüzar Qadınlar İctimai Birliyinin sədri Sürəyya İsmayılova, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva,190 saylı orta məktəbin müəllimi Məlahət Hüseynova, Əməkdar artist Elza Seyidcahan yer alıblar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR