• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mobil danışıq qiymətləri ucuzlaşır

Mobil danışıq qiymətləri ucuzlaşır

“Yaxın zamanda Azərbaycanda mobil operatorların danışıq qiyməti enəcək”.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə mobil operatorlarla aparılan danışıqlar nəticəsində yekun razılığa gəlinib:

“Mobil xidmətlərin ucuzlaşması üçün dövlətin üzərinə düşən vəzifə operatorlar arasında razılığa nail olmaqdır. Artıq onlar arasında tarifi 3 qəpik müəyyən edilməsi ilə bağlı razılığa gəlinib. Yaxın vaxtlarda bütün mobil operatorlar arasında mübadilə 5 qəpikdən 3 qəpiyə endiriləcək. Lakin nəzərə almaq lazımdır ki, mobil xidmətlər dövlət tərəfindən deyil, rəqabət əsasında tənzimlənir. Biz də rəqabət mühitinin yaxşılaşdırılması və qiymətin tənzimlənməsi istiqamətində iş aparırıq”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR