• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Kəmaləddin Heydərov Daşkəsəndə vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov Daşkəsəndə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Daşkəsən şəhərində Gəncə şəhərinin, Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının sakinlərinin, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Publika.az-ın nazirliyin saytına istinadən məlumatına görə, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 22 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 193, digər məsələlərlə bağlı müraciət etmiş 98 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR