Yeni terminoloji baza yaradılacaq
Bizi izləyin

Qırmızı.az

Yeni terminoloji baza yaradılacaq

Azərbaycan dilinin qorunması üçün yeni terminoloji baza yaradılacaq. Publika.az-ın məlumatına görə, bu barədə AMEA-nın akademik katibi Rasim Əliquliyev texniki elmlərlə məşğul olan alimlərin dil bilgisinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dilə daxil olan elm sahələrinə aid sözlərin Azərbaycan dilinə uyğunlaşdırılması alimlərdən asılıdır. R.Əliquliyev bildirib ki, dünyanın yeni terminoloji lüğəti yaradılır. Azərbaycanda da Nazirlər Kabineti nəzdində Terminologiya Komissiyası yaradılıb:

“Bu gün müxtəlif sözlərin Azərbaycan dilinə gəlməsi xaotik xarakter daşıyır. Kompüter bütün dünyada açıqdır və oradan istənilən termin dilimizə gəlir. Azərbaycanda elmi dilin qorunması işi alimlərin çiynindədir. AMEA bu istiqamətdə işlər aparılır. Elektron hökumətin tərkib hissəsi kimi terminoloji baza yaratmaq istəyirik”,- R. Əliquliyev bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm