Avropa Oyunları ərəfəsində pulsuz taksi
Bizi izləyin

Qırmızı.az

Avropa Oyunları ərəfəsində pulsuz taksi

Bakıda yeni taksi xidməti faəliyyətə başlayacaq. Bu barədə Nəqliyyat Nazirliyinin “Bakı Taksi Xidməti” MMC-nin direktoru Elçin Nəsirov ANS PRESS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni taksi xidmətinin təşkil olunması üçün qurum tərəfindən 500 “London" taksisi ayrılıb. Həmin taksilər Bakıda keçiriləcək Birinci Avropa Oyunları ərəfəsində qüsursuz xidmət göstərəcək.

Bunun üçün ayrılan taksilər Avropa Oyunları Təşkilat Komitəsinin ixtiyarında olacaq. Xidmətləri göstərmək üçün təcrübəli və peşəkar sürücülər də ayrılıb. Həmin sürücülər dil kursları keçiblər. Əlavə olaraq, onlara müştərilərlə rəftar və digər treninqlər keçirilib. Bundan əlavə olaraq, müştərinin lazımi ünvana tez və təhlükəsiz çatdırılması üçün təcrübi praktika keçirilib.

“Ən əsası isə, həmin taksilər pulsuz xidmət göstərməyəcək. Həmin taksilər oyun iştirakçılarına, qonaqlara və təşkilat komitəsinin təyin etdiyi şəxslərə pulsuz xidmət göstərəcək. Bundan başqa, Avropa Oyunlarına buraxılış vərəqəsi olanlar da həmin taksilərin xidmətindən istifadə edə biləcəklər”, - deyə Elçin Nəsirov bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm