“Kəmərləri doldurmaq üçün kifayət qədər qazımız var” – Xoşbəxt Yusifzadə
Bizi izləyin

Qırmızı.az

“Kəmərləri doldurmaq üçün kifayət qədər qazımız var” – Xoşbəxt Yusifzadə

“1994-cü ilin sentyabrında “Əsrin Müqaviləsi” imzalanandan sonra onun ən böyük iki xeyri oldu. Birinci, bütün şirkətlər Azərbaycanı stabil ölkə kimi tanıdı və burada müxtəlif layihələr həyata keçirdilər. Nəticədə 33 şirkətlə neft müqaviləsi imzalandı”.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə AMEA-nın ümumi yığıncağında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu müqavilə neft istehsalatının artırılmasına da öz töhvəsini verdi.

“Müqavilədən əvvəl 9 milyon ton neft hasil etmişdiksə, 2010-cu ildə bu rəqəm 51 milyon tona çatıb. Bu, təxminən 5,6 dəfə artım deməkdir. Hər il 90 milyon ton neft, 35 milyon kubmetr qaz əldə edilir. 2014-cü ildə “Azəri-Çıraq Günəşli” yatağından 34 milyon ton neft hasil edilib ki, bunun 22,5 milyon tonu mənfəətdir. “Bakı-Novorosiysk”, “Bakı-Tbilisi" kəmərləri var idi, lakin "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin çəkilməsi avropaya neftin çıxarılmasına imkan yaratdı. Əgər xaricə 373 milyon ton neft ixrac edilibsə, bunun 271 milyon tonu Bakı-Tbilisi-Ceyhanın payına düşür.

"Şahdəniz" yatağında 1,2 trilyon kubmetr qaz, 240 milyon ton kondensant hasil edilib, 33 milyard kubmetr qaz Türkiyəyə verilib. Əsrin müqaviləsi imzalananda 511 milyon ton çıxarılan ehtiyat var idi. Sonradan 1 milyard tondan artıq neft ehtiyatı aşkarlandı. Yeni kəşf elədiyimiz yataqlarda hər birində 40-45 milyon ton kondensant ehtiyatları var. Ümumilikdə 2 milyard ton neft, 2 trilyon 250 milyon kubmetr qaz ehtiyatımız var, yəni kəmərləri doldurmağa qazımız çatacaq".

X.Yusifzadə onu da vurğuladı ki, bu ehtiyatları qısa zamanda hasil etmək üçün ən son texniki yeniliklərdən istifadə etməliyik.

"Bu gün 6-7 min kilometr dərinlikdə neft hasil etmək çətindir. Ona görə də həmin yataqlarda əsasən qaz və kondensat hasil edirik. Bu vaxta qədər 1 milyon ton neft çıxarmışıq, bu, ümumi ehtiyatın 40%-ni təşkil edir. Bu hasilatı 20% artırmağımızın nə qədər böyük nailiyyət olduğunu təxmin etmək olar. Köhnə yataqlarda neft hasilatını artırmaq üçün akademiyada xüsusi şöbə yaradılıb. Nano texnologiyanın atom texnologiyasının daha çox üstələyəcəyinə inanıram".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm