Sabahdan Bakıda iş rejimi dəyişir
Bizi izləyin

Qırmızı.az

Sabahdan Bakıda iş rejimi dəyişir

Sabahdan Avropa Oyunları ilə əlaqədar Bakıda pilləli iş rejiminə keçiləcək.

Publika.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına uyğun olaraq Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq üçün iş rejimində dəyişiklik edilir.

Sərəncamda qeyd edilib ki, 2015-ci il mayın 1-dən iyulun 1-dək Bakıda fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi pilləli şəkildə müəyyənləşib.

Sərəncama əsasən, işçilərin 25 faizi üçün saat 8:00-dan saat 17:00-dək, işçilərin 25 faizi üçün saat 8:30-dan saat 17:30-dək, işçilərin 25 faizi üçün saat 9:00-dan saat 18:00-dək və işçilərin 25 faizi üçün saat 9:30-dan saat l8:30-dək pilləli iş rejimi müəyyən edilib. Bakı şəhərində fəaliyyət göstərən qeyri-dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin isə (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejiminin işçilərin 50 faizi üçün saat 8:00-dan saat 17:00-dək, işçilərin 50 faizi üçün saat 8:30-dan saat 17:30-dək pilləli şəkildə təşkili tövsiyə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm