FHN Nepaldakı soydaşlarımızı bu gün təxliyyə edəcək
Bizi izləyin

Qırmızı.az

FHN Nepaldakı soydaşlarımızı bu gün təxliyyə edəcək

Azərbaycandan Nepala göndərilən humanitar yardım təyyarəsi bu gün geri qayıdacaq.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, təyyarə həmçinin Nepalda yaşayan azərbaycanlıları ölkəyə gətirəcək. Gürcüstan vətəndaşlarının da həmin təyyarə ilə gətirilməsinə gəldikdə, nazirlikdən bunu istisna etmədiklərini dedilər.

“Əgər həmin vətəndaşların viza və digər sənədləşmə məsələləri həll edilmiş olsa, onları gətirə bilərik. Təyyarə kömək məqsədilə gedib və köməyə ehtiyacı olanlara yardım göstəriləcək”.

Qeyd edək ki, Prezidenti İlham Əliyevin göstərişinə əsasən aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb.

Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” tipli təyyarə ilə yola salınan humanitar yardıma 1 tona yaxın müxtəlif dərman və tibbi ləvazimatlar, xeyli sayda çadır, ədyal və qablaşdırılmış içməli su daxildir. Ölkə Prezidentinin göstərişinə uyğun olaraq, həmin təyyarə ilə təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyyə edilərək Vətənə çatdırılması həyata keçiriləcək.

Qeyd edək ki, aprelin 25-də Nepalda baş verən güclü zəlzələ nəticəsində orada yaşayan azərbaycanlılardan azyaşlı uşaq xəsarət alıb, lakin indi onun vəziyyəti normal olaraq qiymətləndirilir. Nepalda 6-sı uşaq olmaqla 14 Azərbaycan vətəndaşı yaşayır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm