Sürücülərə XƏBƏRDARLIQ: bir gün qaldı
Bizi izləyin

Qırmızı.az

Sürücülərə XƏBƏRDARLIQ: bir gün qaldı

“Rusiya və MDB ölkələrində istehsal olunan avtomobillərin texniki baxışdan keçməsi üçün qrafik üzrə təyin edilən müddət bu gün bitir”.

Bu barədə Publika.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, avtomobilini texniki baxışdan keçirməyən sürücü məsuliyyətə cəlb ediləcək:

“Texniki baxışın məqsədi tam yararsız avtomobillərin aşkar edilməsi, onların paytaxtın küçə və yollarında hərəkətini məhdudlaşdırmaqdır. Xarici görünüşü səliqəsiz, istismar müddəti bitmiş, detalları çürümüş olan avtomobillərə qarşı tədbir görüləcək”.

V.Əsədovun sözlərinə görə, avtomobilini vaxtında texniki baxışdan keçirmədiyinə görə, fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunacaq”.

V.Əsədov sürücülərə müraciət edərək avtomobillərini texniki baxışdan keçirməyi tövsiyə edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm