TQDK müddəti uzatdı
Bizi izləyin

Qırmızı.az

TQDK müddəti uzatdı

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin (I, II, III və IV ixtisas qrupları üzrə) ərizələrinin qəbulu mayın 1-dək uzadılıb.

Bu barədə Publika.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər ərizələrinin təsdiqini mayın 1-i saat 17:00-dək, elektron ərizələrini özləri təsdiq etməli olan abituriyentlər isə mayın 1-i saat 23:59-dək başa çatdırmalıdırlar.

30 aprel saat 14:30 - a olan məlumata görə 85256 abituriyent öz elektron ərizəsini dolduraraq təsdiqini təmin edib. 4873 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsə də, həmin ərizələr təsdiq olunmayıb.

Elektron ərizə təqdim etmiş abituriyentlərdən öz elektron ərizələrinə daxil olub baxmaq və təsdiq olunub olunmadığını müəyyənləşdirmək tövsiyə olunur.

Məlumat üçün bildiririk ki, elektron ərizəsi təsdiq olunmayan abituriyentlərin ərizəsində “Elektron ərizə sənəd qəbulunun sonunadək təsdiq olunmalıdır” məlumatı göstərilir. Ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm