Sabahdan kolleclərə sənəd qəbulu başlayır
Bizi izləyin

Qırmızı.az

Sabahdan kolleclərə sənəd qəbulu başlayır

Mayın 1-dən ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə internet vasitəsilə ərizələrin qəbulu başlanır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə,proses mayın 31-dək davam edəcək.

Ərizə təqdim etmək istəyən abituriyentlər TQDK-nın internet saytının müvafiq səhifəsində (www.eservices.tqdk.gov.az/erizetex/erize) şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və PİN kodunu daxil etməklə qeydiyyatdan keçir, iş nömrəsi və şifr əldə edirlər. Sonra həmin iş nömrəsi və şifrdən istifadə etməklə Komissiyanın internet saytında “Abituriyentin elektron ərizəsi” formasına daxil olur və onu doldururlar. Abituriyentlər “Abituriyentin elektron ərizəsi” formasını doldurduqdan sonra ərizələrinin təsdiq olunmasını təmin edirlər.

9-cu sinifi 2013-cü, 2014-cü və 2015-ci illərdə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq edirlər.

9-cu sinfi 2013-cü ildən əvvəl və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə SQK-larda təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.

Ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər “Abituriyentin elektron ərizəsi”nin təsdiqini təmin etdikdən sonra mayın 20-dən iyunun 2-dək tələb olunan sənədləri Qeydiyyat Komissiyasına təqdim etməklə qeydiyyatdan keçirlər. Qeydiyyat Komissiyaları hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.

Qeydiyyatdan keçmiş abituriyentlər TQDK tərəfindən keçirilən qəbul imtahanında iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə iyulun 7-dən 11-dək seçmə turda iştirak edirlər. Seçmə turlar TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.

Bədən tərbiyəsi və idman istiqamətinin, həmçinin Musiqi sənəti istiqamətinin bəzi ixtisasları (həmin ixtisaslar “Abituriyent” jurnalının 3-cü sayında təqdim olunacaq) üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turda iştirak etmirlər.

Qeyd edək ki, ərizə qəbulu haqqında elan, qəbul aparılan kolleclərin və ixtisasların siyahısı və digər zəruri məlumatlar yaxın günlərdə “Abituriyent” jurnalının 3-cü sayında təqdim olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm