Hərbi attaşelər hərbi hissəni ziyarət ediblər - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Hərbi attaşelər hərbi hissəni ziyarət ediblər - FOTOLAR

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşelər Gəncə şəhərində yerləşən hərbi hissədə olublar.

Publika.az-ın nazirliyin saytına istinadən məlumatına görə, on üç dövləti təmsil edən hərbi attaşelər burada əsgər yeməkxanası, yataqxanaları, məşğələ otaqları ilə tanış olublar. Qonaqlar şəxsi heyətin döyüş hazırlığı məşqlərində də iştirak ediblər. Hərbi attaşelər burada yaradılmış xidmət və məişət şəraitindən, tədrisin səviyyəsindən məmnun qalıblar.

Ziyarət proqramına uyğun olaraq hərbi attaşelər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsində olaraq onun əsərləri əsasında hazırlanan ədəbi-bədii kompozisiyaya tamaşa ediblər.

Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm