Sabah SAT imtahanı keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Sabah SAT imtahanı keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 2-də növbəti SAT imtahanını keçirəcək.

TQDK-dan Publika.az-a verilən məlumata görə, imtahan may ayının 2-də saat 08.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələrsiz). İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar və imtahana gecikən şəxslər imtahan zalına buraxılmayacaqlar.

TQDK tərəfindən növbəti SAT imtahanının iyun 6-da keçirilməsi nəzərdə tutulur. Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və may ayının 9-u saat 09:00-dək davam edəcək. Qeydiyyatdan keçmək haqqında ətraflı məlumat üçün link: http://tqdk.gov.az/en/international-partnerships/sat

Oxumağa davam et
Reklam
Reklam

Gündəm