Qırmızı.az
Yük avtomobillərinin Bakıya girişi qadağan olunur
İyunun 1-dən yük avtomobilləri Bakıya buraxılmayacaq.
Baş Dövlət Yol Polisi İdarəsindən Publika.az-a
verilən məlumata görə, idarə yükdaşıma fəaliyyəti ilə məşğul olan
hüquqi və fiziki şəxslərdən xahiş edir ki, Bakıda keçiriləcək 1-ci
Avropa Oyunları ilə əlaqədar cari il iyun ayının 1-dən 30-dək
müddətdə yarış iştirakçılarının, azarkeşlərin və ölkəmizə gələn
çoxsaylı qonaqların təhlükəsiz və sərbəst hərəkətlərinin təşkili
ilə əlaqədar paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat
sıxlığının azaldılması məqsədilə qeyd olunan müddət ərzində
müxtəlif təyinatlı yük avtomobillərinin Bakı şəhərinə
buraxılmayacağını iş planlarında nəzərə alsınlar.
Ümidvarıq ki, adıçəkilən tədbirin yüksək səviyyədə keçirilməsinin əhəmiyyətini düzgün qiymətləndirərək, ölkəsini, xalqını sevən hər bir şəxs müraciətimizə sayğı ilə yanaşacaq, üzərinə düşən vətəndaşlıq borcunu layiqincə yerinə yetirəcəkdir.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK