Qırmızı.az
Danışığı mətnə çevirən proqram yeni versiyada
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Dilmanc” layihəsi şifahi nitqi mətnə çevirən “Dilmanc İmla” sisteminin yeni versiyasını istifadəyə verib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, əvvəlki versiyadan fərqli olaraq proqramın yeni versiyası daha keyfiyyətlidir və bu versiya smartfon tipli mobil telefonu mikrofon kimi istifadə etməyə imkan yaradır.
Proqramın istifadə qaydası çox sadədir. Belə ki, həm kompüterə, həm də telefona “Dilmanc İmla” proqramı yükləndikdən sonra kompüterə yazılmış proqramın təklif etdiyi birləşmə kodu telefona daxil edilərək kompüter və telefon arasında internet üzərindən əlaqə yaradılır. Bundan sonra telefon mikrofon kimi istifadə edilə bilər. Kursoru kompüterdə mətn yazmaq üçün nəzərdə tutulan hər hansı pəncərəyə (məsələn, Microsoft Word və ya istənilən mətn prosessorunun pəncərəsi) qoymaqla işə başlamaq olar. Telefona deyilən imla avtomatik olaraq mətnə çevrilərək kompüterə yazılır. “Dilmanc” tərəfindən yaradılmış digər proqramlar kimi bu proqram da ödənişsiz yayılır və layihənin saytından köçürülə bilər.
Xatırladaq ki, “Dilmanc” layihəsinin elmi rəhbəri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovdur.
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı