Aynur Camalqızı BDU-nun dostu oldu - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Aynur Camalqızı BDU-nun dostu oldu - FOTOLAR

Bu gün Bakı Dövlət Universitetində Mətbuat və İnformasiya şöbəsinin 15 illik yubileyi ilə bağlı tədbir və şöbənin hazırladığı 3 dildə çap olunan “Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında” adlı kitabın təqdimat mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Abel Məhərrəmov 2000-ci ildə yaradılan şöbənin indiyədək əldə etdiyi uğurlardan danışıb, nailiyyətlər haqqında geniş məruzə ilə çıxış edib. Sonra BDU-nun mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova şöbənin 15 illik fəaliyyətindən, kitabda yerləşdirilən materiallardan bəhs edib. Universitetin jurnalistika fakültəsinin dekanı Şamil Vəliyevlə kafedra müdiri Cahangir Məmmədli universitet-mətbuat münasibətlərindən bəhs ediblər. Şamil Vəliyev deyib ki, universitetin onlayn televiziyası yaradılacaq.

Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov və Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini Cəsarət Valehov təbrik nitqi söyləyiblər. Tədbirin sonunda BDU haqqında obyektiv, dolğun, əhatəli məlumatları yayımladığına və universitetin fəaliyyətinə göstərdiyi qayğıya görə, bir neçə KİV rəhbərinə və əməkdaşına “Universitetin dostu” və “BDU-ya informasiya dəstəyi” nominasiyaları üzrə mükafatlar təqdim olunub. Mükafatlandırılanlar arasında “Gündəlik Teleqraf” MMC-nin baş redaktoru Aynur Camalqızı və əməkdaşımız Sevil Hilalqızı da var.

SEVİL

Oxumağa davam et
Reklam
Reklam

Gündəm