Bütün sürücülər vahid geyimdə olacaq
Bizi izləyin

Qırmızı.az

Bütün sürücülər vahid geyimdə olacaq

Birinci Avropa Oyunları ərəfəsində Bakıda sərnişin avtobuslarının sürücüləri üçün vahid geyim forması müəyyənləşib.

Bu barədə Publika.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Əmrah Cəfərov məlumat verib.

Onun sözlərinə görə, sürücülər üçün nəzərdə tutulmuş yeni formalar iyunun 1-dən tətbiq ediləcək:

“Yeni geyimlər istər material, istərsə də keyfiyyət baxımından əvvəlkindən fərqli olacaq. Geyimi yalnız sürücülər deyil, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bütün şəxsi heyəti geyinəcək. Artıq geyimlərin hazırlanması üçün sifariş verilib. Bakı Tekstil Fabrikində geyimlərin 30-40%-i hazırlanıb. Qalanları da oyunlara qədər hazır olacaq. Qış üçün yeni formaların hazırlanması nəzərdə tutulmur”.

Ə.Cəfərov bildirib ki, vahid geyim qaydası oyunlardan sonra da davam edəcək. Avropa Oyunları ərəfəsində sərnişin avtobus sürücüləri yalnız vahid formada xidmət göstərəcəklər.

Əgər sükan arxasında forma geyinməmiş sürücü aşkarlanarsa, həmin şəxs dərhal avtobusdan çıxarılacaq, onun barəsində ciddi ölçü götürüləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm