Qırmızı.az
Tofiq Yaqublu həbsxanaya qayıtdı - FOTO
Vicdan məhbusu Tofiq Yaqublu bu gün saat 13.20 radələrində cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb. Bu barədə T.Yaqublunun evində olan musavat.com müxbiri Cavanşir Abbaslı məlumat verib.
Bildirilir ki, T.Yaqublunu məhbəsə yaxınları, partiya və döyüş dostları yola salıblar.
T.Yaqublu bir həftə öncə qızı, jurnalist, siyasi fəal Nərgiz Yaqublunun vaxtsız vəfatı ilə bağlı azadlığa buraxılmışdı.
Müxtəlif ictimai-siyasi qruplar onun azadlığa buraxılması üçün dövlət rəhbərliyinə müraciət etsələr də, hələlik T.Yaqublunun azadlığa buraxılması məsələsi reallaşmayıb.
Onu da xatırladaq ki, T.Yaqublu iki il öncə İsmayıllıda baş verən iğtişaşlarla bağlı həbs və məhkum edilib. O, hadisələrin ertəsi günü rayona getsə də, məhkəmə T.Yaqublunu iğtişaşların təşkilatçısı kimi mühakimə edib.
Beynəlxalq insan haqları təşkilatları T.Yaqublunu vicdan məhbusu kimi tanıyır.
O, Qarabağ müharibəsinin iştirakçısıdır.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO