DİN iki rayonda səyyar xidmət keçirdi
Bizi izləyin

Qırmızı.az

DİN iki rayonda səyyar xidmət keçirdi

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

Azərbaycan DİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, növbəti belə tədbirlər Bərdə və Yevlax RPŞ-lərin müvafiq qurumlarının əməkdaşlarının da iştirakı ilə həmin rayonlarda baş tutub.

Səyyar xidmətlər zamanı yeni şəxsiyyət vəsiqələrinin verilməsi üçün Bərdə rayonunda 380, Yevlax rayonunda isə 300, ümumilikdə, 680 nəfərin müvafiq sənədləri qəbul edilib.

Məlumatda qeyd olunub ki, vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm