Bakıda 23 dərəcə isti olacaq - PROQNOZ
Bizi izləyin

Qırmızı.az

Bakıda 23 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində bazar günü üçün gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın Publika.az-a verdiyi məlumata görə, mayın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

Mayın 3-də Azərbaycanın əksər rayonlarında hava şəraiti yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacağı, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 22-26, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm