AZAL təyyarələrində mobil telefon xidmətləri - QİYMƏTLƏR
Bizi izləyin

Qırmızı.az

AZAL təyyarələrində mobil telefon xidmətləri - QİYMƏTLƏR

İlin sonunadək Azərbaycan Hava Yolları QSC-nin (AZAL) daha 4 təyyarəsinin göyərtəsində rabitə və məlumat ötürülməsi xidmətlərindən istifadə etmək mümkün olacaq.

Bunu Trend-ə "Azerfon" şirkətinin (Nar-ın ticarət markası) satış üzrə direktoru Samir Məmmədov deyib.

O bildirib ki, rabitə xidməti AZAL-ın uzaq məsafələrə uçuşlar həyata keçirən sərnişin təyyarələrində işə salınacaq. Hazırda AZAL-ın 9 təyyarəsində, xüsusi ilə "Airbus" avialaynerlərində rabitə xidmətindən istifadə etmək olar.

Qeyd edək ki, "Azerfon" 2013-cü ilin fevralından AZAL-ın təyyarələrində mobil rabitə xidmətlərini göstərməyə başlayıb. Təyyarələrin göyərtəsində daxil və xaric olan zənglərin 1 dəqiqəsinin qiyməti 2 manatdır. SMS göndərişi 0,50 manat təşkil edir. Daxil olan SMS pulsuzdur. MMS-in göndəriş qiyməti 2,6 manat, 1 meqabayt GPRS isə 9 manatdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm