TQDK SAT imtahanını keçirib
Bizi izləyin

Qırmızı.az

TQDK SAT imtahanını keçirib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün növbəti SAT imtahanını keçirib.

TQDK-dan Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 19 nəfərdən 1 nəfəri imtahana gəlməyib.

İmtahan TQDK-nın inzibati binasında təşkil olunub və təlimata uyğun keçirilib. İmtahanın nəticələri 2 həftədən sonra elan olunacaq.

Qeyd edək ki, növbəti SAT imtahanının 2015-ci il iyun ayının 6-da keçirilməsi nəzərdə tutulur. Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və may ayının 9-u saat 09:00-dək davam edəcək. Qeydiyyatdan keçmək haqqında ətraflı məlumat üçün link: http://tqdk.gov.az/en/international-partnerships/sat

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm