“Azərbaycan dövlətinə və xalqına sadiqiq” - “Çağ Öyretim İşletmeleri”nin rəhbəri
Bizi izləyin

Qırmızı.az

“Azərbaycan dövlətinə və xalqına sadiqiq” - “Çağ Öyretim İşletmeleri”nin rəhbəri

Bu gün axşam Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi, Təhsil Kompleksi və “Çağ Öyretim İşletmeleri” İdarə Heyətinin sədri Ənvər Özəran rəhbərlik etdiyi qurumların Azərbaycanda gizli planları olması barədə mediada yayılan son məlumatlarla bağlı mətbuat konfra

Bu gün axşam Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi, Təhsil Kompleksi və “Çağ Öyretim İşletmeleri” İdarə Heyətinin sədri Ənvər Özəran rəhbərlik etdiyi qurumların Azərbaycanda gizli planları olması barədə mediada yayılan son məlumatlarla bağlı mətbuat konfransı keçirib.

Publika.Az-ın məlumatına görə, mətbuat konfransı zamanı bəyanatla çıxış edən Ə.Özəran bildirib ki, Azərbaycanda fəaliyyət göstəördikləri 22 il müddətində məsuliyyətlə çalışıblar. Onun sözlərinə görə, rəhbəri olduğu qurumlar Azərbaycan prezidentinin göstərişi ilə qurulub: “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi ölkə prezidentinizin göstərişi ilə fəaliyyət göstərib. Biz təhsil sahəsində Azərbaycan dövlətinin gələcəyi üçün çalışırıq, dövlətin etimadını qazanmışıq. Ulu öndər Heydər Əliyev və Cənab prezident İlham Əliyev də bizim işimizə hər zaman qiymət verib. Biz Azərbaycan və Türkiyə birgə diasporasını da yaratmışıq, ermənilərə qarşı mübarizə aparırıq. Çox təəssüf ki, bizim fəaliyyətimizə əngəl yaradan qüvvələr də var. Son günlər bizimlə bağlı mediada yayılan yalan məlumatlar bunlardandır. Biz Azərbaycan dövlətinə və xalqına sadiqiq və bu hər zaman bu cür davam edəcək. Bütün ictimaiyyətin nəzərinə çatdırırıq ki, bir müddətdir məntiq və mühakimə qabiliyyətini kənara qoymuş və ömrünü başqalarını ləkələməkdə keçirən xəbis ruhlular, onların çirkin kampaniyalarında istifadə edilən bəzi media mənsubları hər gün “Çağ Öyretim İşletmeleri” MMM-i, onun fəaliyyətini və rəhbərliyini hədəfə almaqla içindəki qara kəsilmiş duyğularını, kin və nifrətlərini saçıb sovurmaqdadırlar. Biz bu cür məlumatları yayan qüvvələrlə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarına da müraciət edəcəyik ki, onların düşmənçilik əməlləri araşdırılsın”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm