Qırmızı.az
Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib
Bakıda səfərdə olan Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti bu gün Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib.
Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə,
Komitənin sədri Nazim İbrahimov qonaqları salamlayaraq onları
yenidən Bakıda görməkdən məmnunluğunu ifadə edib. N.İbrahimov
Amerika Yəhudi Komitəsi ilə Azərbaycan arasında bir neçə il əvvəl
başlayan əməkdaşlığın ilbəil inkişaf etdiyini vurğulayıb və bundan
sonra münasibətlərin yüksələn xətlə davam edəcəyinə inandığını
deyib: "Devid Harrisin hər səfərində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi bizim əlaqələrin
inkişafını və Azərbaycan tərəfinin bu münasibətlərə nə qədər önəm
verdiyini göstərir".
Öz növbəsində, qonaqpərvərliyə görə təşəkkür edən Amerika Yəhudi
Komitəsinin icraçı direktoru və nümayəndə heyətinin rəhbəri Devid
Harris bildirib ki, bu, 2008-ci ildən bəri Bakıya artıq dördüncü
səfəridir, belə səfərlərin davamlı olacağınaq inanır. Azərbaycanla
əlaqələrin inkişafına önəm verdiklərini deyən D.Harris burada
müxtəlif millətlərin birgə yaşamasının, eləcə də uzun illərdən bəri
Azərbaycanda mövcud olan yəhudi icmasına münasibətin yüksək
səviyyədə olmasının rəğbət doğurduğunu deyib.
D.Harris amerikalı olaraq bir çox sahələrdə ABŞ-ın siyasətini
dəstəkləyən rəsmi Bakı ilə Vaşinqton arasında münasibətlərin, eyni
zamanda, İsrailin dostu kimi Azərbaycanla İsrailin ikitərəfli
əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib:
"Düşünürük ki, bu, yalnız iki ölkə arasında əlaqələrə deyil, eyni
zamanda, regional təhlükəsizliyə öz töhfəsini verir".
Dövlət Komitəsinin sədri N.İbrahimov Azərbaycanın bütün dünyadakı
yəhudi icmaları ilə sıx əlaqələrin qurulmasına önəm verdiyini
vurğulayıb. Artıq diasporlar arasındakı əlaqələrin dövlətlərarası
münasibətlərin inkişafına da stimul verdiyini qeyd edən N.İbrahimov
bu sahədə Amerika Yəhudi Komitəsinin əməyini xüsusi vurğulayıb. O,
son zamanlar Fransadakı yəhudi icması ilə əməkdaşlıqdan da danışıb.
Sədr deyib ki, bu əməkdaşlığın nəticəsi olaraq Fransa yəhudiləri
tərəfindən Azərbaycanda yaşayan yəhudilərin həyatından film çəkilib
və yaxın günlərdə filmin təqdimatı olacaq.
Daha sonra tərəflər müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyətini
qeyd edib, bu görüşlərin ikitərəfli əlaqələrin inkişafına töhfə
verdiyini bildiriblər. Görüşdə, həmçinin Dövlət Komitəsi ilə
Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri
ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Amerika Yəhudi Komitəsinin icraçı direktoru
D.Harrisin rəhbərliyi ilə 11 nəfərlik nümayəndə heyəti martın 1-dən
Bakıda səfərdədir. Səfər çərçivəsində onlar prezident İlham Əliyev,
İsrailin və ABŞ-ın Azərbaycandakı səfirləri, həmçinin bir sıra
rəsmi şəxslərlə görüşlər keçiriblər.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO