Qırmızı.az
V qrupa qəbul başlayır
Ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlanır.
Publika.az-ın məlumatına görə, bunu Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu
gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki,
ərizələrinin qəbulu mayın 5-dən 18-dək aparılır.
Ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/ erizebak/qrup5_oi) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar.
Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.
I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən
abituriyentlər həmçinin V ixtisas qrupuna və ya tam orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinə ikinci ödəmə kartı
almadan elektron ərizə təqdim etməlidirlər.
Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari
ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və ya
tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul
olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər,
müsabiqədə buraxılış imtahanındakı nəticələri əsasında iştirak
edirlər.
“Abituriyentin elektron ərizəsi” formasını doldurulduqdan sonra
ərizələrinin təsdiqi təmin edilməlidir. Aşağıda göstərilən
kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd
Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq
edirlər:
• Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini (orta
məktəbi) 2015-ci ildə bitirən abituriyentlər;
• Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini (orta
məktəbi) 2012-ci, 2013-cü və 2014-cü illərdə bitirən qız
abituriyentlər;
• Azərbaycan Respublikasının ilk-peşə ixtisas təhsili
müəssisələrini (peşə məktəblərini) 2013-cü və ondan sonrakı illərdə
bitirən qız abituriyentlər;
• 2012-ci və ondan sonrakı illərdə ali məktəblərə və tam orta
təhsil bazasında (11 illik) kolleclərə qəbul olmaq üçün ərizə verib
onu təsdiq etdirmiş qız abituriyentlər;
• I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizələrinin
təsdiqini təmin edib V ixtisas qrupu üzrə və ya tam orta təhsil
bazasında (11 illik) kolleclərə də ərizə verən
abituriyentlər.
Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-da təsdiq etdirirlər. SQK-lar mayın 5-dən 18-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yuxarıda göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla), həmçinin xaricdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları ərizələrini TQDK-da və onun regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər.
Gürcüstan Respublikasında yaşayan azərbaycanlılar ərizələrini Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında yaradılmış SQK-da təsdiq etdirə bilərlər.
Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra mayın 6-dan 19-dək TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməklə seçmə turda iştirak edirlər.
QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanlarında iştirak edirlər. Qəbul imtahanlarında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər.
Qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı bütün məlumatlar
“Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən
ixtisasları üzrə müsabiqə şərtləri”ndə və “Tam orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət
tələb edən ixtisasları üzrə müsabiqə şərtləri”ndə
verilmişdir.
V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında abituriyentlər ana dili (Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili, rus bölməsinin abituriyentləri isə rus dili), riyaziyyat və xarici dil fənlərindən test imtahanı verirlər. İmtahanda abituriyentlərə hər fəndən 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının cavablandırılmasına ümumilikdə 2 saat 15 dəqiqə vaxt ayrılır.
Gülxar
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib