Ali məktəblərə qəbul planında dəyişiklik edilib
Bizi izləyin

Qırmızı.az

Ali məktəblərə qəbul planında dəyişiklik edilib

Bu il ali məktəblərin bakalavr və magistratura pillələri üzrə qəbul planı Təhsil Komissiyası tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim olunub.

Publika.az-ın məlumatına görə, bu sözləri TQDK-nın sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qəbul planında TQDK tərəfindən bəzi dəyişikliklər edilib.

“Hər il olduğu kimi bu il də plan yerləri ilə bağlı bəzi təkliflərimiz var. Bunlar əsasən əvvəlki illərdə hansı ixtisasa daha çox maraq olması, boş qalan yerlər üzrə apardığımız araşdırmanın nəticəsi əsasında müəyyən edilib. Bundan başqa, biz həm də bəzi ixtisaslar üzrə birgə qəbul keçirmənin tərəfdarıyıq”.

M.Abbaszadə bu il magistraturada plan yerlərində dəyişiklik edildiyini deyib.

“Bu barədə ilkin məlumatlar var. Bunların bir çoxu barədə məlumatınız var. Bildiyiniz kimi, bu il 20 yer AMEA-ya verilib. Lakin əlavə dəyişikliklər də olacaq. Yaxın günlərdə dərc olunacaq jurnalda bu barədə məlumat əldə edə biləcəksiniz”.

M.Abbaszadə deyib ki, artıq magistratura imtahanının iki mərhələsi bitib, bir neçə gün sonra ixtisas seçimi aparılacaq.

Onun sözlərinə görə, yaxın iki gün ərzində “Magistratura” jurnalı da çap olunacaq və jurnalda qəbul planı, digər məlumatlar yer alacaq:

“7375 nəfər ixtisas seçiminə buraxılıb. Mayın 7-dən 12-ə qədər ixtisas seçimi aparılacaq. Bu il magistratura üzrə ixtisas seçimində vaxt artırılmayacaq. Bir daha magistr olmaq istəyənlərə xəbərdarlıq edirik. Vaxt itirmədən ixtisas seçimi etsinlər. Onların hamısının internetə qoşulmaq imkanı olduğuna inanırıq, ona görə də problem olmamalıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm