88 minə yaxın abituriyent sənəd verib
Bizi izləyin

Qırmızı.az

88 minə yaxın abituriyent sənəd verib

Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 87932 nəfər sənəd verib.

Publika.az-ın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, onların 54475 nəfəri bu ilin, 33457 nəfəri isə əvvəlki ilin məzunlarıdır:

"Bu il 38 min 810 qız, 41 min 552 oğlan sənəd verib. Cari ilin məzunları arasında oğlanlar Azərbaycan bölməsi üzrə 25 871 nəfər, rus bölməsi üzrə 2 901 nəfərdir.

Əvvəlki illərin məzunları arasında Azərbaycan bölməsi üzrə oğlanların sayı 15 681 nəfər, rus bölməsi üzə 679 nəfərdir. Bu il rus bölməsi üzrə sənəd verən abituriyentlərin sayı 7 570 nəfərdir. Onlardan 5 669-u bu ilin, 1 901- i isə əvvəlki illərin məzunlarıdır.

Ərizə prosesində iştirak edən məzunlardan 67469 nəfər, yəni 76% abituriyent əriəsini özü təsdiq edib, heç bir Sənəd Qəbulu Komissiyasına (SQK) yaxınlaşmayıb. Abituriyentlərdən 20463 nəfəri, yəni 23 faizi isə SQK vasitəsilə ərizəsini təsdiq edib”.

Məleykə Abbaszadə hərbi qulluqdan möhlət almış abituriyentlərdən də danışıb. O bildirib ki, bu il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni elektron baza yaratması bu abituriyentlər barədə daha asan informasiya əldə etməyə imkan yaradıb:

“Cari ildə möhlət alan 765 nəfərdən 501-i elektron formada ərizəsini təsdiqləyib. İldən-ilə bu say artacaq. Biz bu prosesi tam avtomotik həyata keçirəcəyik. Hərbi nümayəndə onları yoxlamayacaq, çünki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron saytı bizim elektron xidmətlərə inteqrasiya olunub”.

TQDK sədri onu da vurğulayıb ki, bu il ali məktəbələrə rus bölməsinə sənəd verənlərin sayı azalıb. TQDK sədri bu azalmanın səbəbini birmənalı şəkildə izah etməyin çətin olduğunu deyib.

“Bu, valideynlərin 11 il öncə etdikləri seçim ilə əlaqədardıq. Valideynlər övladlarının rus yox, Azərbaycan bölməsində təhsil almasını istəyib, ona görə də say azdır. Həmçinin artıq bir neçə ildir, ingilis dilli məktəblər də var. Ola bilər ki, azalma həm də bununla bağlıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm