Bu marşrutlar ləğv edildi - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Bu marşrutlar ləğv edildi - SİYAHI

I Avropa Oyunları ilə bağlı bir sıra marşrut xətlərində avtobusların hərəkəti dayandırılıb.

Bu barədə Publika.az-a "Bakısərnişinnəqliyyatı" MMC-nin Dispetçer Xidmətindən məlumat verilib. Məlumata görə, bunlar 14, 90, 53,188 nömrəli xətlərdə hərəkət edən avtobuslardır.

O cümlədən 25 və 194 saylı marşrut xəttlər isə I Avropa Oyunları ilə əlaqədar qısaldılıb. 25 saylı marşrut Qaraçuxur qəsəbəsindən "Koroğlu" metrostansiyasına qədər gedəcək. Bu gündən etibarən 14 saylı marşurut xəttində avtobusların hərəkəti dayandırılıb.

Xidmətdən bildirilib ki, dəyişikliklər Avropa Oyunları ilə əlaqədar nəqliyyatın yüklənməsinin qarşısını almaq məqsədilə edilib. Ola bilər ki, oyunlardan sonra ləğv olunan marşrutlar yenidən bərpa edilsin.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm