Orta ixtisas təhsili müəssisələrinə qəbul planı azalıb
Bizi izləyin

Qırmızı.az

Orta ixtisas təhsili müəssisələrinə qəbul planı azalıb

“9 illik bazada orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayıb. Bu prosesdə əsas problemimiz bəzi şagirdlərin məktəbi bitirməsi barədə məlumatların bizdə olmamasıdır”.

Publika.az-ın məlumatına görə, bu sözləri TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 9 illik bazada orta ixtisas təhsili müəssisələrinə qəbul da elektron formada keçiriləcək.

“Bütün şagirdlər bu prosesdə elektron formada iştirak edə bilmir. Çünki bəzi kateqoriya, xüsusən 2012-ci ildən əvvəl orta məktəbi bitirənlər barədə bizdə məlumat yoxdur. Ona görə də həmin şagirdlər sənəd qəbulu komissiyalarına müraciət edə bilərlər”.

TQDK sədri bildirib ki, ərizə qəbuluna bir neçə gündür start verilməsinə baxmayaraq, müraciətlər var:

“Artıq sənədlərini təsdiq edənlər də var. Bu saata olan məlumata görə, 1343 nəfər ümumtəhsil bazasından qəbul üzrə ərizəsini təsdiq edib. Onların 1309-u ərizələrini özləri təsdiq edib. Bu, sevindirici haldır”.

TQDK sədri bildirib ki, bu il orta ixtisas təhsili müəssisələrində plan yerləri əvvəlki illərdən fərqlənir:

“Orta ixtisas təhsili müəssisələrinə 2014-cü ildə 9601, bu il 8928 yer ayrılıb. Azərbaycan bölməsi üçün ötən il 8871, bu il 8219 yer ayrılıb. 519 yer birgə müsabiqəyə ayrılıb”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm