Hacı İbrahim Nehrəmli Mərakeşdə - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Hacı İbrahim Nehrəmli Mərakeşdə - FOTOLAR

“Avesta Concern”nin prezidenti Hacı İbrahim Nehrəmlinin Mərakeş Krallığına işgüzar səfəri uğurla keçib.

Publika.az-ın məlumatına görə, Mərakeş Krallığının işgüzar, maliyyə və sənaye paytaxtı olan Kasablankada bu ölkənin maliyyə, iqtisadiyyat və vergi naziri Mohamed Boussaidi ilə görüşən Hacı İbrahim Nehrəmli iki ölkənin biznes dairələri arasında əməkdaşlıq məsələlərini müzakirə edib.

“Avesta Concern”in prezidenti bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti və Mərakeş Krallığının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişi təsdiq etdikdən sonra iqtisadi münasibətlər üçün çox geniş imkanlar yaranıb.

Mərakeş Krallığının maliyyə, iqtisadiyyat və vergi naziri Mohamed Boussaidi də bu imkanlardan səmərəli istifadə olunmasında iş adamlarının üzərinə çox iş düşdüyünü, Hacı İbrahim Nehrəmlinin səfərinin bu istiqamətdə uğurlu bir addım olacağına inandığını vurğulayıb.

“Avesta Concern”in prezidenti rəhbərlik etdiyi şirkət, onun həyata keçirdiyi layihələr və xüsusilə də “Khazar İslands” şəhər-kompleksi haqqında geniş məlumat verib.

Hacı İbrahim Nehrəmlinin Kasablankanın inkişafı üzrə təşkilatın direktoru Mohamed Aouzali ilə görüşündə isə “Avesta Concern”in “Khazar İslands” layihəsinin təcrübəsindən istifadə edə biləcəyi müzakirə olunub.

Hacı İbrahim Nehrəmli Mərakeşli iş adamları ilə əməkdaşlığa hazır olduqları kimi təcrübələrini də bölüşməyə hazır olduqlarını bildirib.

Görüş zamanı “Avesta Concern”in Mərakeşdə də layihələr həyata keçirə biləcəyi vurğulanıb və bununla bağlı müzakirələr aparılıb.

Kasablankanın meri Xalid Safirlə görüşdə də “Avesta Concern”in təcrübəsinin bu şəhərdə tətbiqi və əməkdaşlıq məsələləri müzakirə olunub.

“Avesta Concern”in prezidentinin Mərakeşin Baş prokuroru Mostafa Maddah ilə görüşündə isə iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün mövcud olan imkanların daha da artırılmasına xidmət edə biləcək hüquqi bazanın genişləndirilməsi müzakirə olunub.

Mərakeşin Baş prokuroru Mostafa Maddah Azərbaycanla daha yaxın əlaqələr qurmaqda maraqlı olduqlarını və bu məqsədlə Bakıya səfər etmək niyyətində olduğunu bildirib.

Hacı İbrahim Nehrəmli bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına yardım edəcəyinə inandığını bildirib.

Hacı İbrahim Nehrəmli Kasablankada Mərakeşin bir qrup iş adamı ilə bir araya gəlib və əməkdaşlıq imkanlarını müzakirə edib.

Müzakirələr zamanı qarşılıqlı sərmayə qoyuluşu və ayrı-ayrı layihələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Kasablanka yaxınlığında həyata keçirilən Marina şəhəri layihəsi ilə tanış olan Hacı İbrahim Nehrəmli layihənin icraçıları ilə öz təcrübəsini bölüşüb.

Layihənin daha prespektivli olması üçün “Khazar İslands” layihəsi haqqında məlumat verən Hacı İbrahim Nehrəmli müasir şəhər salmanın qanunlarını gözləmədən uğur qazanmağın mümkünsüzlüyünü qeyd edib və kəmiyyətlə yanaşı keyfiyyətə də önəm verilməsini günün tələbini olduğunu vurğulayıb.

Mərakeşin hökumət təmsilçiləri və iş adamları ilə uğurlu danışıqlar “Avesta Concern”in fəaliyyəti üçün daha geniş üfüqlər açır və bunun nəticəsi özünü şirkətin böyüməsində tezliklə göstərəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm