“Azəryolservis”dən XƏBƏRDARLIQ: “Müvəqqəti dayandırılır”
Bizi izləyin

Qırmızı.az

“Azəryolservis”dən XƏBƏRDARLIQ: “Müvəqqəti dayandırılır”

Qəza halları istisna olmaqla, planlı şəkildə həyata keçirilməsi nəzərdə tutulan, asfalt-beton örtüyü qazılaraq yeraltı kommunikasiya xətlərinin çəkilişi və təmiri işlərinə icazə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən may ayının 15-dən 1-ci Avropa Oyunları bitənədək müvəqqəti dayandırılır.

Bu barədə Publika.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Bununla əlaqədar olaraq aidiyyatı qurumlardan anlayışlı olmaqları xahiş edilir və öz işlərini iyul ayından sonrakı dövrə planlaşdırmaqları tövsiyyə olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm