Qırmızı.az
Bu gün Od çərşənbəsidir
Bu gün Azərbaycanda Od çərşənbəsidir. İlin axır çərşənbələrindən ikincisi olan Od çərşənbəsi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi də tanınır.
Novruz bayramı öncəsi qeyd edilən 4 çərşənbə axşamı tonqal
qalansa da, Od çərşənbəsinin özünəməxsus xüsusiyyətləri var. Bu gün
məhz Od çərşənbəsi olduğuna görə tonqalın qalanmasının daha
spesifik özəlliyi var.
Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi
də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi
qazanlar qaynamalı, insanların ocağının üstü boş qalmamalıdır.
Tədqiqatçılar Od çərşənbəsini qədim zamanların əsas dinlərindən
olan və Azərbaycan ərazisində yayılan atəşpərəstlik dini ilə
bağlayırlar. Çünki Zərdüşt tərəfindən yaradılan Avesta kitabındakı
odun müqəddəsliyi və insanların oda olan inamı, sitayişi tarix
boyunca özünü güclü şəkildə göstərib. Hətta Bakının Suraxanı
qəsəbəsində yerləşən Atəşgah da buna əyani misaldır.
Hər evin və binanın qarşısında tonqal qalanması həmin ilin isti,
bərəkətli keçməsinə nişanədir.
Od çərşənbəsi hamı müxtəlif xörəklər bişirməli və stolun üzərində
bütün çərşənbələrdə olduğu kimi şirniyyatlar olmalıdır. İnsanların
inancına görə, bu, süfrənizin bollu, bərəkətli olması, ilinizin
şirin və sevinc dolu keçməsinə səbəb olur.
Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə,
Bahar Azərbaycana martın 20-də 20.57-də daxil olacaq. Həmin gün
bayram axşamı kimi qeyd ediləcək.
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...