Erməni kəşfiyyatçı cəzasını aldı: 15 il həbs - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Erməni kəşfiyyatçı cəzasını aldı: 15 il həbs - FOTOLAR

2014-cu il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə keçirilən məhkəmə prosesi başa çatıb.

Publika.az-ın Qərb bürosunun məlumatına görə, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən, Arsen Baqdasaryan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dünən keçirilən məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı Anar Mirkişiyev A.Baqdasaryanın cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, məhkəmədə son söz deyən Arsen Baqdasaryan Azərbaycanla sülh şəraitində yaşamaq istədiyini vurğulayıb.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm