Qabiliyyət imtahanı verənlərin nəzərinə
Bizi izləyin

Qırmızı.az

Qabiliyyət imtahanı verənlərin nəzərinə

Xüsusi qabiliyyət tələb edən ixtisasların istiqamətləri üzrə Qabiliyyət İmtahanı Komissiyaları yaradılıb.

TQDK-dan Publika.az-a verilən məlumata görə, bununla bağlı komissiya sədri əmr imzalayıb.
Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində "Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı" – komissiya 66, Lənkəran şəhərində TQDK-nın Lənkəran Regional bölməsində "Musiqi sənəti" – komissiya 34 (orta ixtisas təhsili müəssisələri) yaradılır.

Həmçinin həmin əmrə əsasən teatr, kino və xoreoqrafiya sənətləri istiqaməti üzrə Bakı şəhərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (“Səda” Tədris Teatrı) orta ixtisas təhsili müəssisələri üçün yaradılmış “Bədii yaradıcılıq” – komissiyası (54 orta ixtisas təhsili müəssisələri) ləğv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm