Qırmızı.az
Nazirlik 6 nəfəri məhkəməyə verdi
Aprelin 16-dan 30-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Publika.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı bir sıra nöqsanlar aşkar edilib.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və
torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və
floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və
istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş
qanun pozuntularına görə 219 akt və protokol tərtib olunub,
nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 117
müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 44 iş üzrə 78800 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 15 iş üzrə 7298.92 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 341 iş üzrə 80715.2 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 16, icra qurumlarına 13, məhkəmələrə isə 6 iş göndərilib.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO