Bakının ekspressləri bu ünvanlarda dayanacaq
Bizi izləyin

Qırmızı.az

Bakının ekspressləri bu ünvanlarda dayanacaq

Bakıda ekspress avtobusların xidmət göstərəcəyi və dayanacağı ünvanlar müəyyənləşdirilib.

Avropa Oyunları ərəfəsində və yarış günlərində xüsusi ünvanlarda dayanan ekspress avtobuslar oyunlar keçirilən ərazilərə gedəcək.

Ekspress avtobuslara metronun “Nizami”, “28 May”, “Gənclik”, “Koroğlu”, “Elmlər Akademiyası” və “20 yanvar” stansiyalarının yaxınlığındakı dayanacaqlarda minmək olar.

Qeyd edək ki, Avropa Oyunları keçirilən ərazilərdə xidmət göstərmək üçün Bakıya 300 ədəd “İVECO” markalı sərnişin avtobusu gətirilib.

Yeni avtobuslar Avropa standartlarına tam cavab verir.

Həmin avtobuslar Nəqliyat Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və “Bakıbus” şirkəti tərəfindən gətirilib. Avtobuslarda sərnişinlərin rahatlığı üçün lazım olan bütün vasitələrlə təchiz olunub. Avtobusda kondisioner, havalandırma, soyutma və istiləşdirmə sistemləri var.

Yeni avtobuslardan əlillər də istifadə edə biləcək.

Həmin avtobusları idarə etmək üçün xüsusi geyimli sürücülər ayrılıb. Sürücülər xarici dil kursları keçiblər. Onlar paytaxtın bütün ərazilərini yaxşı tanıyır və təcrübəli sürücülərdir. (ans)







Oxumağa davam et
Reklam
Reklam

Gündəm