Azərbaycan diasporu Ukraynada baş verənləri müzakirə edib
Bizi izləyin

Qırmızı.az

Azərbaycan diasporu Ukraynada baş verənləri müzakirə edib

Bu gün Bakı vaxtı ilə saat 17.00 radələrində Ukrayna Milli İnformasiya Agentliyinin mətbuat mərkəzində Azərbaycan diaspor nümayəndələrinin təşkil etdiyi mətbuat konfransına start verildi.

Ukrayna Milli İnformasiya Agentliyinin mətbuat mərkəzində Azərbaycan diaspor nümayəndələrinin təşkil etdiyi mətbuat konfransına start verildi.

Bu informasiyanı Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov yayıb. Onun sözlərinə görə, mətbuat konfransında “Azərbaycan diasporu Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir” mövzusu ətrafında diskussiyalar aparılıb.

Qeyd edək ki, mətbuat konfransında Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Dnepropetrovsk Azərbaycanlıları Liqasının sədri Sərxoş İsmayılov, "Diasporatv" internet televiziyasının rəhbəri Elmar Məlikov və “Azərbaycanın sözü” qəzetinin redaktoru Dmitri Kulibaba jurnalistlərin suallarına cavab veriblər. “Krım ərazisində baş verən hadisələr bizə 1990-cı ildə Dağlıq Qarabağda baş verən hadisələri xatırladır. Həmin vaxtda da bəzi dırnaqarası siyasətçilər süni olaraq millətlərarası problemi qaldırdılar. Bu isə bölgəyə Rusiyanın “sülhməramlı qüvvələri”nin gətirilməsi ilə nəticələndi. Krım ərazisində on illərdir ki, ruslar, ukraynalılar, Krım tatarları, azərbaycanlılar və digər millətlər çiyin-çiyinə yaşayıblar. Rus hərbçilərinin Krımdakı hərəkəti əsl işğal kimi başa düşülməlidir. Ukraynada yaşayan Azərbaycan diaspor nümayəndələri bu gün ərazi bütövlüyü üçün Ukrayna xalqı ilə birgə çıxış edirlər”.

Bu sözləri “Ukrinform” agentliyinin mətbuat mərkəzində keçirilən konfransda Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov deyib.

O, qeyd edib ki, eynilə 1990-cı illərdə Rusiya ordusu Dağlıq Qarabağa daxil oldu. Rusiya bilərəkdən Dağlıq Qarabağda, Abxaziyada, Cənubi Osetiyada, Pridnestrovıda, indi isə Krımda “problemli bölgə” yaradır. Bu gün Krımda baş verənlər rus xalqının siyasəti deyil, konkret insanların əməlidir. Nəticədə onların siyasəti məhvə məhkumdur. (ANS)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm