Anar Qədirli işdən azad olundu (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Anar Qədirli işdən azad olundu (YENİLƏNİB)

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli tutuduğu vəzifədən azad olunub.

“AZERFAX”ın əldə etdiyi məlumata görə, A.Qədirli işdən getmək barədə bu gün ərizə yazıb. Səhiyyə naziri Oqtay Şirəliyev onun ərizəsini qəbul edib.

A.Qədirli sayta açıqlamasında işdən getdiyini təsdiqləyib.

Məlumata görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyiant da olub. Bu posta kimin təyin olunduğu açıqlanmayıb.

Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsində Liya Bayramova təyin olunub. Qeyd edək ki, L.Bayramova bunda əvvəl “Zerkalo” qəzetində şöbə müdiri vəzifəsində çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm