Nazirlik çayda batan müəllimin ailəsinə ev tikdirdi
Bizi izləyin

Qırmızı.az

Nazirlik çayda batan müəllimin ailəsinə ev tikdirdi

Təhsil Nazirliyi 5 ay bundan əvvəl öz həyatı hesabına məktəbli qızı xilas etmiş Əhliman Hüseynovun ailəsini himayəyə götürüb.

Publika.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun məlumatına görə, artıq müəllimin ailəsi üçün inşa olunan ev yaxın zamanda istifadəyə veriləcək.

“Bu gün Sabirabad rayonunun Cavad kəndində 5 ay bundan əvvəl öz həyatı hesabına məktəbli qızı xilas etmiş Əhliman müəllimin hüzr mərasimində iştirak etdik. Təhsil Nazirliyinin rəhbərliyinin başsağlığını Əhliman müəllimin ailəsinə çatdırdıq. Bu səfər zamanı eyni zamanda Əhliman müəllimin ailəsi üçün Təhsil Nazirliyi tərəfindən yeni inşa olunan mənzilə baxdıq. İnşallah bu mənzil yaxın iki aya istifadəyə veriləcək”.

Qeyd edək ki, ötən il dekabrın 5-də Sabirabad şəhəri 5 saylı orta məktəbin müəllimi Ə.Hüseynov şəxsi maşını ilə səhər Cavad kəndindəki evindən məktəbə gedərkən idarəetməni itirən avtomobil körpüdən çaya düşüb. Maşında onun qonşusunun həmin məktəbdə oxuyan qızı 9 yaşlı Güldəstə Hüseynova da olub. Ə.Hüseynov və əsl qəhrəmanlıq göstərən Dəyanət Şıxəliyevin sayəsində məktəbli qız xilas edilsə də, müəllim çayda boğularaq batıb. Ə.Hüseynovun cəsədi bir neçə gün əvvəl tapılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm