• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bayram günü bu yollar bağlı olacaq

Bayram günü bu yollar bağlı olacaq

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib.

NİİM-dən Publika.az-a verilən məlumata görə, Bakı 2015 Avropa Oyunlarına hazırlıq məqsədilə mayın 9-da Bakı Olimpiya Stadionunda hazırlıq tədbiri keçiriləcək.

Bu səbəbdən mayın 9-da saat 12:00-dan 19:00-dək, Mehdi Hüseyn küçəsinin Parlament Prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Həmçinin bu müddət ərzində Bakı Olimpiya Stadionu istiqamətində fəaliyyət göstərən ictimai nəqliyyat avtobuslarında və metronun Koroğlu stansiyasında sıxlıq olacağı gözlənilir. Buna görə də, şənbə günü, ictimai nəqliyyatdan istifadə edəcək şəxslərə yuxarıda sadalanan məsələləri nəzərə almaları tövsiyə olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR