Bu dəfə nəzarətçilər imtahan verdi
Bizi izləyin

Qırmızı.az

Bu dəfə nəzarətçilər imtahan verdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası imtahan rəhbərləri və zal nəzarətçilərinin təlimat qaydalarını mənimsəmə səviyyəsini onlayn qaydada yoxlayır.

TQDK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qurumun rəsmi internet saytı vasitəsi ilə onlayn rejimdə təşkil olunan imtahanda iştirakçılara 35 test tapşırığı təqdim olunur.

Sualların cavablandırılmasına vaxt məhdudiyyəti tətbiq edilmir.

İmtahanda TQDK-nın müvafiq bazasına daxil edilmiş 950 nəfərə yaxın imtahan rəhbəri, 14440 nəfər zal nəzarətçisi iştirak edəcək.

Keçirilən imtahanın məqsədi imtahan rəhbəri və zal nəzarətçisi kimi cəlb olunan şəxslərin seçilməsi, onların üzərinə düşən vəzifələrin yerinə yetirmə bacarığının yoxlanılması, peşəkarlığının artırılması, imtahan təlimatını dərindən mənimsəmələrinə stimullaşdırılmasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm