Kəmaləddin Heydərov “İDEF-2015”-də
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov “İDEF-2015”-də

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nazirliyin nümayəndə heyəti Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmazın dəvəti ilə İstanbul şəhərində keçirilən “İDEF-2015” adlı 12-ci Beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün 4-5 may 2015-ci il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində səfərdə olub.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, səfər zamanı nümayəndə heyəti sərginin pavilyonlarına baxış keçirib, nümayiş olunan texnika və avadanlıqlarla, habelə müxtəlif təqdimatlarla yaxından tanış olub, nazirliyin maddi-texniki bazasının daha da gücləndirilməsi üçün fövqəladə halların idarə olunması və mülki müdafiə sahəsində ən müasir avadanlıqların istehsalı ilə məşğul olan bir sıra xarici şirkətlərlə danışıqlar aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm